İncəsənət + Yeni Texnologiyalar “Alüminium” Beynəlxalq Müasir İncəsənət festivalının 2-ci hissəsi
21.12.2005“Alümin” festivalı Bakıda artıq ikinci dəfədir ki, keçirilirdi və Azərbaycanda müasir incəsənətin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edirdi.
2005-ci il “Alümin” festivalı, üç sərgi məkanı, tamaşa və müasir incəsənətə aid olan konfransdan ibarət idi. Əsas ekspozisiya, Muzey Mərkəzində yerləşirdi. Azərbaycan, Fransa, Polşa, İsrail, Kanada, ABŞ, Böyük Britaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Gürcüstan, Bolqarıstan, Yeni Zelandiya rəssamlarının əsərləri təqdim olunmuşdu. Burada quraşdırmalar, videoart, foto əsərlər və performans göstərilmişdi.
“Abşeron” qalereyasında qurulan ikinci “Mobayl art” ekspozisiyası, istənilən şəxs iştirak edə bilən, mobil telefonlardan çəkilən fotolardan ibarət, ilk ictimai foto sərgisi idi. Bu layihənin məqsədi – interaktiv aksiyaya olduqca çox insanlar və xüsusilə gəncləri cəlb etmək və onları bədii prosesin iştirakçılarına çevirmək idi.
“Qız Qalası” qalereyasında keçirilən üçüncü sərgi, “Labirint” qrupu tərəfindən keçirilən “Neftin transformasiyası” adlı aksiyanın nəticəsində yaranan sənət əsərlərindən ibarət idi. Aksiya neft mədənlərində keçirilmişdi və əsərlərdə əsas bədii vasitə kimi neft və neft məmulatları istifadə olunmuşdu. Qalereyada həm də videoart və foto əsərlər də nümayiş olunmuşdu. Festival çərçivəsində “Yuğ” teatrı (bədii rəhbər Vaqif Həsənoğlu) “Viy” tamaşasını təqdim etmişdi.
İncəsənətdə üslubların, cərəyanların dəyişiklikləri çox tez baş verir, bir nöqtədən başqa nöqtəyə qədər irəliləyən incəsənətin sürəti hər il artır.
Transformasiya – bugünkü incəsənətin əsas obyektidir, məhz buna görə məlumat mübadiləsi, beynəlxalq bədii tədbirlər müasir incəsənətin inkişafında böyük rol oynayır və yaradıcı axtarışlara təkan verir.
İştirakçılar:
Andrey Moldkin (Fransa)
Anna Ventura (Fransa)
Anton Osver (Azərbaycan)
Aynur Əliyeva (Azərbaycan)
Babi Bədəlov (Azərbaycan)
Beral Madra (Turkiyə)
Bəhram Xəlilov (Azərbaycan)
Bruce Allan (Birləşmiş Krallıq)
Ceyhun Ocadov (Azərbaycan)
Cəmalə Rəhmanlı (Azərbaycan)
Çingiz Babayev (Azərbaycan)
Elnur Babayev (Azərbaycan)
Əli Davudov (Azərbaycan)
Əli Həsənov (Azərbaycan)
Əhəd Məmmədov (Azərbaycan)
Əsmər Nərimanbəyova (Azərbaycan)
Fəxriyyə Məmmədova (Azərbaycan)
Francois Daireaux (Fransa)
Gaelle Lucas (Fransa)
Qreiq Roulands (Yeni Zelandiya)
Gisele Didi (Fransa)
Hikmət Hüseynov (Azərbaycan)
İlya Bryuk (İsrail)
İnna Kostina (Azərbaycan)
Jacques Crenn (Fransa)
Katerina Barampouti (Yunanıstan)
Kənan Əliyev (Azərbaycan)
Lalə Ağayeva (Azərbaycan)
Leonid Bajanov (Rusiya)
Leyla Axundzadə (Azərbaycan)
Mahmud Mahmudzadə (Azərbaycan)
Manti Albany (Yunanıstan)
Marat Gibadulin (Özbəkistan)
Mehdi Məmmədov (Azərbaycan)
Mina Angela İqnatova (Bolqarıstan)
Mamişev Monroe (Rusiya)
Nigora Axmedova (Özbəkistan)
Nicolas Roujier (Fransa)
Nataşa Varçolak (Şimali İrlandiya)
Orxan Hüseynov (Azərbaycan)
Olqa Martınova (Azərbaycan)
Rauf Xəlilov (Azərbaycan)
Pavel Qnusaryov (Azərbaycan)
Rəşid Axunzadə (Rusiya)
Rəşad Ələkbərov (Azərbaycan)
Rəşad Babayev (Azərbaycan)
Rizvan Ələsgər (Azərbaycan)
Rəna Əmrahova (Azərbaycan)
Said Atabəyov (Özbəkistan)
Sənan Ələsgərov (Azərbaycan)
Francois Daireaux (Fransa)
GUP-py (Yaponiya/Almaniya)
Hüseyn Haqverdiyev (Azərbaycan)
İlqar Tahiri (Azərbaycan)
Lado Burduli (Gürcüstan)
Şalva Xaxanaşvili (Gürcüstan)
Suaree Sonthithai (Fransa)
Tabman Riçardson (Kanada)
Törə Ağabəyova (Azərbaycan)
Teymur Daimi (Azərbaycan)
Təhminə Əhmədova (Azərbaycan)
Tamilla İbrahimova (Azərbaycan)
Umay İbrahimova (Azərbaycan)
Ulan Japarov (Özbəkistan)
Vüqar Quliyev (Azərbaycan)
Yeşim Ağaoğlu (Türkiyə)
Zaur Kanterimov (Azərbaycan)
Zaur Hüseynov (Azərbaycan)
Zuzanna Janin (Polşa)