Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi ilə əlaqədər təqdimat mərasimi

08.02.2011

Akt Zalı
Vaxt: 12:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi

Artıq ictimaiyyətə yaxşı məlumdur ki, Azərbaycanın Qeyri-maddi mədəni irs nümunələrinin, o cümlədən Azərbaycan xalqının maddi və mənəvi sərvəti olan, xalqın estetik dünyagörüşünü, bədii istedadını, özünəməxsusluğunu və mədəni identikliyini əks etdirən Azərbaycan xalçasının qorunması və beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər görülmüşdür. Azərbaycan xalça sənətinin YUNESKO-ya təqdim olunmuşdur.
2010-cu il, noyabrın 15-18-də Keniyanın Nayrobi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyası çərçivəsində 16 noyabr tarixində Azərbaycan xalçasının Bəşəriyyətin Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsi məsələsi müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili xanım Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında “Azərbaycan ənənəvi xalçaçılıq sənəti”nin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsi qərara alınmışdır.
Xalça sənətinin Bəşəriyyətin Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalçası ilə bağlı hazırlanmış namizədlik faylının, filmin və saytın (www.carpet.intangble.az – 5 dildə) geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə 2011-ci ilin 7 fevral tarixində Muzey Mərkəzində təqdimat mərasimi keçirildi. Tədbirdən sonra iştirakçılar üçün L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiya təşkil olundu.