"Narkotiklərə YOX deyək!" plakat və foto müsabiqəsi sərgisi

28.01.2011

Sərgi Qalereyası
Vaxt: 17:00
Təşkilatçı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

2011-ci il, yanvarın 27-də Muzey Mərkəzinin Sərgi Qalereyasında “Narkomaniyaya yox deyək!” adlı plakat və foto müsabiqəsinin yekun sərgisi keçirildi. Keçən ilin sentyabrında start götürmüş müsabiqəyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin, o cümlədən Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin 87 işi təqdim olunmuşdu.
BMT-nin xüsusi məruzəsinə görə dünyada 26 milyon insan narkotik asılılıqdan əziyyət çəkir. 15-64 yaş arasında hər 20-ci insan həyatında bir dəfə də olsun narkotikdən istifadə edib. Təəssüf ki, bu Azərbaycandan da yan keçməyib. Rəsmi məlumatlara görə, Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 24 mindir. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı 10 dəfə daha çoxdu. Ən acınacaqlısı da budur ki, ümumi narkomanların 1/3 hissəsini tələbələr təşkil edir.
Güc yığmaqda davam edən bu dəhşət ilə bütün dünya mübarizə aparır. Hər il profilaktik tədbirlərə böyük pullar qoyulur, həmçinin də reklam xarakterli çarxlar çəkilir, müxtəlif dərgilər dərc olunur. Eyni məqsədi izləyərək Azərbaycan Dövlət Gömrük Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqı birgə “Narkotikə yox” adli müsabiqə elan etdilər. Sərgidə çıxış edən baş nazirin birinci müavini və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Aydın Əliyev və Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov çıxış edərək respublikada bu sahədə lazımi qanunvericilik bazasının yaradıldığını, dövlət qurumlarının müvafiq tədbirlər həyata keçirdiklərini qeyd etdilər.
Bütün bu çıxışlara baxmayaraq narkomaniya bir qrup insanların deyil, bütün bəşəriyyətin bir nömrəli problemidir. Biz bu problemlə hər birimiz bu dəhşət ilə mübarizə aparmalıyıq. Həmçinin uşaqlara, gənclərə və cavanlara narkotiklərin zərərləri haqqında məlumat verildi.
İnstallyasiya və heykəltəraşlıq nümunələrinin də nümayiş olunduğu sərgidə müsabiqənin ən yaxşı işləri müxtəlif mükafatlara layiq görüldülər. Müsabiqənin plakat bölməsi üzrə Həşim Elçiyev 1-ci, Mirazər Abdullayev 2-ci və Ramin Məmmədov 3-cü, foto bölməsi üzrə isə Aynur Əliyeva 1-ci, Səbinə Nəzirova 2-ci və Sevda Zaynalova 3-cü yerlərə layiq görüldülər.
Qaliblərin hamısına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.