İmran Nurəliyevin fərdi sərgisi
28.09.2007“Pifaqorun 3P-si”. Bu elmi əsər deyil. Bu sərginin adıdır. Rəssam Naira Rüstəmova camaatı “balqabaq oyununa” çağırır. Cəlbedici səslənir , elə deyilmi? Və bir qədər də absurddur? Pifa qor, balqabaqlarla...onların arasında ümumi nə ola bilər ki, bunun rəssamlığa nə dəxli var? Tələsməyin. Tədricən hər şey aydın olacaq.
Beləliklə, Pifaqor. Böyük alimdir. Əvvəl Riyaziyyatçı , sonra da mistik. Öz işlərində araya gəlməyənləri bir yerə gətirib və böyük sirrin, həyatın öz sirrinin açılmasına çox yaxınlaşıb... Yeri gəlmişkən Pifaqordan sonrakı bir çox alimlər nəsli də tapmaca uzərində baş sındırıb. Minlərlə il keçəcək və Fritor Konra Həyatın hörümçək toru” kitabını yazacaq. Həmin əsərdə o müxtəlif alimlərin (fiziklərin, kimyaçıların, bioloqların və b.) canlı və cansız materiyanın səbəblərini və qanunlarını izah edən nəzəriyyə və kəşfləri özündə birləşdirir. Məhz bu kitab da Naira Rüstəmova üçün ilham mənbəyi olmuşdur. Orada söylənilən Fikirlər onun öz şəxsi fikirləri ilə nə qədər üst-üstə düşsədə , bütün bunları rəssam çoxdan bəri dumanlı da olsa təsəvvür etmişdir., bəlkədə elə buna görədir ki, gənc rəssam bir neçə ay ərzində 55 əsər yaratmağa nail oldu. Elə həmin əsərlər gələcək sərgiyə daxil olmuşdur. Bununla yanaşı adı çəkilən işlər oxuduqlarının intellektual inikası deyil. Bunlar sözün əsil mənasında kitabdan doğan emosional çırpıntının nəticəsi gələcək həyat haqqında, bütün canlılar haqqında düşüncələrdir. Canlı deyən biz təkcə insanları və heyvanları düşünmürük bu bitkilər, daşlar, hüceyrələr və b. Daxildir. Elə buna görə də bitkilər daha dəqiq desək tərəvəzi “Pifaqor 3 P” sərgisinin əsas qəhramanlarına çevrilmişlər. Bax , belə riyaziyyatdan balqabaqlara qədər... Yüngül və zərif ...
Balqabaqlar, yeri gəlmişkən, nəinki çəkilmiş , həm də canlı olacaq.Rəssam sərgi salonuna bir xeyli balqabaq getirmək istəyir ki, onların vasitəsilə qalereyanın hər bir zalında öz installasiyalarını qursun, sonra da əgər istəsələr tamaşaçılar onların yerini öz istədikləri kimi dəyişə bilərlər, öz kompozisiyalarını qura bilərlər, sonuncu gün isə bir balqabağı özləriylə xatirə üçün apara bilərlər...
Sərgi üçün hazırlanmış işlər parlaq, günəşli və həyatsevərdilər. Tərəvəz və meyvələr... Yaman çoxdur.Nə deyirsiz deyin, olduqca geyri adi süjetdir.Naira Rüstəmovanın sözlərinə görə , o çoxdanda müxtəlif məhsullar çəkmək istəyirdi , amma məsələ burasında idi ki, natürmort janrı onu maraqlandırmırdı. Beləliklə , “Həyatın hörümçək toru” kitabını oxuyandan sonra o, bu əşyaları tamam başqa nəzərlərlə baxmağa başladı... Badımcan naxışları , adamın üzünə gülən qovumlar, həyəcanlı qarpızlar, limon rəngli günəş... Nairanın fırçası onları yeni, qeyri adi bir “səslənmə” verir.
Yaxşı bəs Pifaqorun 3 P nə deməkdir? Bu mənəvi yüksəlişin 3 mərhələsidir, kamilliyə doğru 3 pillə :
1.Hazırlıq – yanğının yaradılması, həqiqətə can atma, axtarışlara sadiq olan siz artıq mülahizəçi yox , şagirdsiniz...
2.Təmizlənmə- bütün şərtilikləri , özünə təlqinlikləri bir tərəfə atıb tərtəmiz olmalısan, bir daha nədənsə gizlənməməlisən.
3.Onda sizdə kamillik duyğusu əmələ gəlir...
“Həyatın hörümçək toru” kitabında deyilir ki, həyat xaosun bir addımlığında olan daimi yaradıcılıqdır, qeyri-müəyyənlik və tarazsızlıqdır, daimi axtarış və kəşflərdir.Əgər belə olmasaydı ,təkamüldə olmazdı, məhdudiyyətlər baş alıb gedərdi.
Naira Rüstəmovanın sərgisi başdan başa fəlsəfədir.yeni udeyalar, yeni kəşflərdir. Elə buna görə də onun işləri əksəriyyət tərəfindən normal qəbul olunur.