İrina Eldarovanın “Salam, bu Mənəm” adlı fərdi sərgisi
27.11.2010 - 02.12.2010Sərgi Qalereyası
Təntənəli açılış: 26 noyabr 19:00
Təşkilatçı: İrina Eldarova
Bu sərgini keçirməyi çox arzu edirdim – arzu edirdim ki, İRİNA ELDAROVANIN adı yazılan plakat bütün şəhərin üzərindən süzsün…
İmkan düşdü – və, gəlbimə baş vurarkən orada qorxudan başqa heç nəyi görmədim...
Hanı sənin edeyaların? Hanı küçədə, yuxuda, musiqiyə qulaq asarkən, dolma yeyərkən təsəvvür etdiyin, büdrədiyin əsərlər? Haradasan – 15, 22, 40-ı və adladığın sonrakı illər?
Bu suallara sadə cavabım yoxdur. Mən yalnız etdiyimi etmişəm.
Mənim üçün bu böyük – ÇOX VACİB olan sərgini bu cür adlandırdım – SALAM! Bu mənəm Ekspozisiya bir neçə bölümə ayrılmalıdır.
1. Faner – olduğu kimi. Hətta mənim üçün (boyum 157 sm) böyük olan (152x152 sm) kompozisiyalar.Orda nə təsvir olunub? Bilmirəm. Əgər bir sözlə desəm – bu MƏHƏBBƏTDİR. Sadəcə olaraq baxın.2. Kiçik kətanlardan – 40x40 – üç kompozisiya qurulmuşdur: “Allah! Amerikanı qoru”, “Lalələr”, “Kibritlər”.
3. Üçüncünü necə təsvir edək? Ümumən bu kişilərə həsr olunub. Bəşəriyyətə məxsus kişilərə - Uinston Çörçill, Nikita Xruşov, Con Kennedi – və digər böyük insanlara... Kimdir onlar? Mən kiməm?
4. Bir balaca özümdən: şəhər, sarı səma, ütülər, bir stəkan su, çoxlu-çoxlu ürəklər..., çoxlu-çoxlu mən özüm...
5. Akvarellər. Sərginin məxsusi bir hissəsi. Çox xoşuma gəlir. Özüm-özümü görmək istəyirəm –sən kimsən – İRINA ELDAROVA?
Əziz müasirlərim, sizinlə tanış olmaq istəyirəm.
İstəyirəm ki, Siz mənimlə tanış olasınız.
Bu günə mən tam olaraq bitmişəm.
Buna baxmayaraq ciddi mühakimə edin.
IRINA ELDAROVA
İrina Eldarova 1955-ci ildə Moskvada doğulmuşdur.
1974-cü ildə V.Surikov adına Rəngkarlıq və Heykəltəraşlıq İnstitutu nəznində olan Moskva Orta Rəssamlıq Məktəbini bitirir. Professional təhsilini Sank Peterburqun Rəssamlıq Akademiyasında və V.Surikov adına Rəssamlıq İnstitutunda – kitab qrafiki üzrə professor Boris Dexteryovun emalatxanasında davam etdirir.
1982-ci ildə rəssam-illüstrator qismində Moskvadakı “Uşaq ədəbiyyatı” nəşriyyatı ilə əməkdaşlıq edir.
Artıq uzun illərdir ki, Azərbaycan, Rusiya və Avropanın bir çox ölkələrində sərgilərin iştirakçısıdır.
Kitab rəssamı kimi Azərbaycan Dövlət Kitabının (2000-ci il), Qazaxıstan Dövlət Kitabının (1999, 2000 və 2003-cü illər), Özbəkistan Dövlət Kitabının (2002-ci il) konsepsiyalarının hazırlanmasında, eləcə də, 1995-ci ildən beynəlxalq CASPIAN, Loaded (Rusiya nəşri, 2003-cü il) və BOOM (Rusiya nəşri) jurnallarının bədii tərtibatında iştirak etmişdir.
1995-ci ildən “Anglo-Caspian Publishing” şirkətinin art-direktorudur.
1996-cı ildən Britaniya Jurnalistlər Asosiassiyasının və Qazaxıstan Jurnalistlər Birliyinin üzvüdür.
2007-ci ildə ən yaxşı media layihə - “Qazaxıstan Dövlət Kitabı”nın nəşrinə görə Müslüm Eldarov (vəfatından sonra) və Eldar Ağamalovla birgə Qazaxıstan Jurnalistlər Birliyinin nüfuzlu mükafatına layiq görülmüşdür.
2005-ci ildən Müslüm Eldarov adına “Ənənəvilik və Müasirlik” Beynəlxalq Fotomüsabigəsinin təşkilatçısıdır.
2006-cı ildə Gəncədə keçirilən Beynəlxalq Təsviri Sənət Festivalında (kurator D.Vahabova), 2007-ci ildə Şəkidə keçirilən “İncəsənət - Sənətkarlıq, Sənətkarlıq – İncəsənət” (kurator İ.Kostina) XII Beynəlxalq Simpoziumunda iştirak etmişdir.
2007-ci ildə Bakı İncəsənət Mərkəzində “Atəşpərəstlər” adlı ilk fərdi sərgisini açmışdır.2009-cu ildə özünün “Həyat xronikası” Kitabı” əsəri ilə “Qadın Olmaq” Beynəlxalq sərgi-forumunda (curator S.Şixlinskaya, D.Vahabova) iştirak etmişdir.
İrina Eldarovanın əsərləri Müasir İncəsənət Muzeyində (Bakı), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Bakı İncəsənət Mərkəzində, Tretyakov Qalereyasında (Moskva), SSRİ Rəssamlıq Akademiyasında (Moskva) və şəxsi kolleksiyalarda saxlanılır.