“Muzeydə teatr” silsiləsi çərçivəsində “Günay” Uşaq Teatrının təqdimatında «Şelkunçik» tamaşası
25.12.2010Akt Zalı
Vaxt: 15:00
Təçkilatçı: “Günay” Uşaq Teatrı Muzey Mərkəzi ilə birlikdə
24 dekabr, 2010-cu il saat 15:00-da Muzey Mərkəzinin Akt Zalında “Günay” uşaq teatrı Yeni il ilə əlaqədar “Şelkunçik” adlı tamaşa ilə çıxış etdi. Muzey Mərkəzi bu tamaşanı Yeni il bayramları ərəfəsində təşkil etmişdi.
“Günay” uşaq teatrı 2003-cü ildə Yaşıl teatrın Uşaq Bədii studiyasının bazasında yaradılmışdır. “Qran-pri” və diplomlara layiq görülmüş və lauriat sahibi olan yeganə rusdilli teatr olan “Günay” uşaq teatrı Bakı şəhərinin və bütövlükdə respublikamızın mədəni həyatında çox mühüm yer tutur. 2003-cü ildən teatrın rejissoru və bədii rəhbəri Larisa Tarusovadır.
2010-cu ildə Muzey Mərkəzi “Muzey- uşaqlar üçün” lahiyəsi çərçivəsində xüsusilə geniş tədbirlər keçirmişdir. Tədbirlər çərçivəsində tematik mühazirələr, uşaq rəsm sərgiləri, tamaşalar, bayram çıxışları və s. keçirilmişdir.
Qeyd olunmuş tədbirlər çərçivəsində “Muzeydə teatr” adlı yeni layihə reallaşmışdır. Layihə çərçivəsində “Günay” uşaq teatrının çıxışları olmuşdur. “Günay” uşaq teatrının repertuarında gözəl quruluş verilmiş tamaşalar çoxdur. Bunlardan “Xocalı”, “İran motivləri”, “Balıqçı və balıq haqqında nağıl”, “Məhəbbət hekayəsi”, “Arşın mal alan”, “Şelkunçik” daha çox diqqət çəkənlərdir.
Tamaşanın keçirilmə tarixi, yəni 24 dekabr nağılda da hadisələrin başlama günüdür. Nağıl müəllifi alman yazıçısı, bəstəkarı və rəssamı Ernst Teodor Amadey Hofmandır. “Şelkunçik və Siçanlar padşahı” Hofmanın uşaq yaradıcılığının ən parlaq əsəri hesab olunur. Bu əsərdə Mari adlı qızcığaz, Şelkunçikə və Siçanlar padşahına səmimiyyət və düzgünlüyün böyük mükafat aldığını, sevgi və xeyirxahlığın isə ən dəyərli arzuların da yerinə yetməsinə qadir olan bir qüvvə olduğunu inandırır.
Tamaşanın süjeti:
Yeni il axşamı. Qarlı şəhərdə qız gəzir. Gözlənilmədən Drosselmeysterlə Gümüşü oğlan və Gümüşü pəri peyda olurlar. Sonra isə möcüzələr baş verməyə başlayır. Qar dənəcikləri canlanır və qızını Mari, Luiza və Frizin yaşadığı Yeni il şənliyi olan evə aparır. Drosselmeyster uşaqlara ..... Şelkunçiki hədiyyə edir. O Marinin dərhal xoşuna gəlir, lakin dəcəl Friz onu sındırır. Qız olanları heyrət içində izləyir.
Gecə yarı Şelkunçikin siçanlara və siçanlar padşahına qarşı müharibəsi başlayır. Mari Şelkunçikə qalib gəlməyə kömək edir. Şelkunçik çox yaraşıqlı və həqiqi şahzadəyə çevrilir və Mariyə öz sevgisini və evlənmək təklif edir. Gümüşü oğlan və Gümüşü pəri qızcığazı Şelkunçik və Marinin toyu şərəfinə verilən bala dəvət edirlər.
Rollarda:
1. Şelkunçik, şahzadə - Əliyev Əli
2. Mari – Muradəliyeva Samirə
3. Friz və siçan – Məmmədova Nigin
4. Luiza – İsmayılova Gülarə
5. Drossermeyer və Siçan şahı – Rahamimov Alon
6. Nağıla düşmüş qız – Abbaszadə Ləman
7. Qonaq – Smanova Yuliya
8.Gümüşü pəri, gəlincik, çinli qız və siçan – Yusubova Leyla
9. Gümüşü oğlan və ayı balası – Mürşüdova Leyla
10. Gəlincik – İsmayılova Aytən
11. Gəlincik, tülkü və siçan – Nesterova Milana
12. Qusarlar – Babayev Zaur, Naydenkova Anastasiya, Əfəndiyev Bəhruz
Ssenari müəllifi və quruluş: A. Tarusova
Xorioqraf: Q.Talıbova
Rəssam- dizayner: Vüqar Əli