“Muzeydə teatr” layihəsi çərçivəsində S.Yeseninin anadan olmasının 125 illiyi münasibətilə “Günay” uşaq teatrının təqdimatında “İran motivləri” tamaşası
08.10.2010Akt Zalı
Vaxt: 14:00
Təçkilatçı: Muzey Mərkəzi və “Günay” uşaq teatrı
8 noyabr 2010-cu il tarixində, saat 17:00-da Muzey Mərkəzinin Akt zalında “Günay” uşaq teatrının təqdimatında “İran motivləri” adlı tamaşanın təqdimatı keçirildi. Tamaşa dahi rus şairi Sergey Aleksandroviç Yeseninin (1895-1925) anadan olmasının 115 illiyinə həsr olunmuşdu. 2010-cu ildə Muzey Mərkəzində “Muzey uşaqlar üçün” layihəsi çərçivəsində uşaqlar üçün müxtəlif layihələr həyata keçirilir. Onların sırasına tematik mühazirələr, uşaq rəsm sərgiləri, tamaşalar, bayram çıxışları və s. aiddir.
Elan olunmuş tədbirlər çərçivəsində “Günay” uşaq teatrının gənc aktyorları öz tamaşaları ilə çıxış edir. Burada konseptual məsələ teatr və tətbiqi sənətin vəhdətini göstərməkdir. Tamaşalarda qəbul olunmuş teatr dekarasiyalarını tamaşaya uyğun seçilmiş müxtəlif nəsil Azərbaycan, rus və xarici rəssamların əsərləri əvəz edirdi. 2003- cü ildən etibarən “Günay” uşaq teatrının rəhbəri Larisa Tarusovadır. Teatrın repertuarında bir neçə maraqlı səhnələşdirilmiş tamaşa vardır. Onların bəziləri artıq Muzey Mərkəzində təqdim olunmuşdur, digərlərinin isə yaxın vaxtlarda təqdim olunması nəzərdə tutulur. “Günay” teatrı dəfələrlə Avropa və beynəlxalq müsabiqə və festivallarda iştirak etmişdir. 2010-cu ilin yayında “Günay” uşaq teatrı Fransanın Tuluza şəhərində gənclər və uşaq teatrlarının 24-cü beynəlxalq festivalında iştirak etmiş və YUNESKO-nun Azərbaycandan olan səfiri xanım Eleonora Əfəndiyeva tərəfindən Parisdə qəbul olunmuşdu.
“İran motivləri” tamaşası 2009-cu ildə tamaşaya qoyulmuşdur. Tamaşa 2 hissədən ibarətdir - “Yesenin Rusiyada” və “Yesenin Azərbaycanda” (Mərdəkanda). Tamaşada rus bəstəkarlarının mahnıları, aktyorların ifasında Yeseninin şerlərinə bəstələnmiş romanslar, həmçinin Qara Qarayevin və Fikrət Əmirovun melodiyalarından da istifadə olunmuşdur. Səhnə fonu kimi rus rəssamları V.V. Vereşagin, A.V. Kuprin, İ.İ. Maşkov, A.İ. Kuinji, B.V. Şerbakova və İ.İ. Levitananın əsərlərindən istifadə olunmuşdur.
Yəqin ki, heç bir şairin əsərlərində Şərq Sergey Yeseninin əsərlərində olduğu qədər romantik və sirli təsvir olunmayıb. Bunu görmək üçün onun “İran motivləri” əsərini oxumaq kifayət edir. “İran motivləri” Yeseninin sevgi lirikasının ən bariz nümunəsi sayılır. Burada müəllifin təzələnmiş ürəyi təsvir olunur. Şerlər melodik və diləyatımlıdır. Şərq özü Yeseninin dili ilə danışır və nəfəs alır.