Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə “Qoy həmişə günəş olsun” adlı bayram tədbiri
01.06.2010Akt Zalı
Təntənəli açılış: 1 iyun, 2010-cu il, saat 15:00
Təşkilatçı:“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzi Muzey Mərkəzi ilə birlikdə
1 iyun, 2010-cu il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Akt Zalında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi. Bayram mərasimi Muzey Mərkəzinin “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzi tərəfindən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan məktəblərində rus dilinin əsaslı surətdə öyrənilməsi layihəsi üzrə birgə tədbirlər planına uyğun olaraq təşkil olunmuşdu.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ə.Şeyxov təbrik sözü ilə çoxsaylı qonaqlara müraciət etdi. Qeyd edək ki, “Rossotrudniçestvo” sədrinin dəvəti ilə Azərbaycana səfər etmiş Astraxan vilayətinin nümayəndə heyətinin üzvləri də tədbirə qatılmışdı. Nemayəndə heyətinin rəhbəri, Astraxan vilayəti Dövlət Dumasının sədri A. Klıkanov bütün iştirakçıları beynəlxalq uşaq bayramı münasibətilə ürəkdən təbrik etdi.
Daha sonra Bakı şəhərində yerləşən 12 məktəbin müəllimləri və şagirdləri tərəfindən hazırlanmış konsert proqramı təqdim olundu. Gənc aktyorlar zalın gözəl tərtib olunmuş səhnəsində öz bacarıqlarını nümayiş etdirdilər. Azərbaycan və rus müəlliflərinin şer və məşhur mahnıları səsləndi. “Səbinə” və “Azəri inciləri” uşaq rəqs kollektivlərinin üzvləri ifa etdikləri milli rəqslərlə tamaşaçılara zövq verdilər.