Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü münasibətilə təşkil edilən YUNESKO-nun “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyası”nın təqdimat mərasimi

20.05.2010

Akt Zalı
Vaxt: 11:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi

2010-cu il, mayın 20-də Muzey Mərkəzinin Akt Zalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü münasibətilə təşkil edilən YUNESKO-nun “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyası”nın təqdimat mərasimi keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Konvensiya barədə mərasim iştirakçılarına məlumat verdi: “Artıq neçə ildir ki, Azərbaycan bu konversiyanı keçirir. Əfsuslar olsun ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 4 ölkənin qəbul etdiyi bu Konversiyaya qarşı hörmətsizlik edir. Biz bu Konversiyaya nəzər salsaq görərik ki, Azərbaycan hər zaman burada yaşayan digər millətlərə önəm verib. Lakin əfsuslar olsun ki, biz bu gün öz tarixi abidələrimizə istədiyimiz səviyyədə nəzarət edə bilmirik”. Nazir həmçinin Konvesiyanın Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını bildirdi. Eyni zamanda 2011-ci ilin aprel ayında “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu”nun keçiriləcəyini və Forum çərçivəsində Bakı şəhərinin “Ümumdünya dialoq Paytaxtı” elan edilməsinin gözlənildiyini qonaqların diqqətinə çatdırdı.
Tədbirin davamında Avropa İttifaqının Bakıdaki nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya bölməsinin rəhbəri Jorome Ponson çıxış edərək bu konvensiyanın keçirilməsinin Azərbaycanla Avropa arasında olan mədəni əlaqələrin daha da genişləndirilməsi üçün önəmli olduğunu qeyd etdi. O, həmçinin qeyd etdi ki, Konversiyaya qoşulmaqla Azərbaycanın Avropa İttifaqının mədəniyyət layihələrində iştirak etməsi üçün geniş imkanlar yaranıb”.
Daha sonra Azərbaycan Respublikası YUNESKO üzrə Milli Komissiyasının nümayəndəsi YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu iştirakçıların diqqətinə çatdırıldı. Sonra mədəniyyət və turizm nazirliyinin nümayəndəsi tərəfindən YUNESKO-nun “Mədəni Özünüifadə Müxtəliyfiliyin Qorunması və Təşviqinə dair Konversiyası”nın təqdimatı aparıldı.
Xatırladaq ki, 2001-ci ildə YUNESKO tərəfindən mədəni müxtəlifliyə dair Universal Bəyannamənin qəbul olunması ilə əlaqədar BMT tərəfindən 21 may tarixi Ümumdünya “Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik” Günü kimi elan edilib.