“Muzeydə teatr” silsiləsi çərçivəsində “Günay” Uşaq tetrının təqdimatında “Arşın mala alan” tamaşası

21.05.2010

Akt Zalı
Vaxt: 18:00
Təşkilatçı: “Günay” Uşaq Teatrı Muzey Mərkəzi ilə birlikdə

2010-cu il mayın 21-də Muzey Mərkəzinin Akt zalında “Günay” uşaq teatrının təqdimatında “Arşın mal alan” tamaşası göstərildi. Tamaşa böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyinə həsr olunmuşdu.
2010-cu ildə Muzey Mərkəzi xüsusilə uşaqlar üçün “Muzey – uşaqlar üçün” adı altında mədəni aksiyalar keçirmişdir. Bura tematik mühazirələr, uşaq rəsmlər sərgisi, tamaşaları, bayram çıxışları və sairə daxildir. Elan olunmuş tədbirlərdən biri də Muzey Mərkəzinin “Muzeydə Teatr” layihəsidir. Bu layihə çərçivəsində “Günay” uşaq teatrının ifasında bir sıra silsilə tamaşalar nümayiş etdiriləcək. Layihənin konsepsiyası teatr yaradıcılığının təsviri sənətlə qarşılıqlı əlaqəsindən ibarətdir. Gənc aktyorların ifası zamanı fon olaraq qeyri-ənənəvi dekorlar və bu tamaşalar üçün seçilmiş Azərbaycan rəssamlarının müxtəlif nəsillərinin nümayəndələrinin işləri göstərilir. Bu, yeni və cəsarətli müqayisə Üzeyir Hacıbəylinin 20-ci əsr musiqisi və Əzim Əzimzadə təsviri sənətinin gözəlliyini verə bilir. Xüsusilə, Toğrul Nərimanbəyovun parlaq boyaları, Faiq Qəmbərovun, Arif və Orxan Hüseynovların İçəri şəhərin sakit və fikirli küçələri, Anar Hüseynzadənin işıqlı xatirələri və Ənvər Əskərovun sirli arakəsmələri, Vuqar Əlinin personajların kaleydoskopu...İki incəsənətin sintezi qəribə nəticələr verir. Gənc aktyorların atəşfəşanlıq sayağı parlaması tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi, sehirli uşaq arzuları bəxş edir. Bu qəribə arzular gec-tez öz əksini tapacaq.
Muzey Mərkəzində tamaşanın bədii tərtibatını Vuqar Əli həyata keçirmişdir.
2003-cü ildən “Günay” teatrının rejissoru Larisa Tarusovadır. Teatrın repertuarında bir neçə maraqlı tamaşalar var. Onlardan bəziləri Muzey Mərkəzində göstərilib. Digərləri də payız və qış aylarında Muzey Mərkəzində “Günay” uşaq teatrının ifasında tamaşaçılara təqdim olunacaq .
“Arşın mal alan” tamaşası 2007-ci ildə göstərilib və o vaxtdan uğutla şəhərimizin digər mədəniyyət məkanlarında səhnəyə çıxarılır. Tamaşa “Teatr Xadimləri İttifaqının” diplomuna da layiq görülüb.
2010-cu ildə “Arşın mal alan” müsabiqə turunu keçib və Fransanın Tuluza şəhərində keçiriləcək XXIV Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edəcəkdir.