MDB ölkələrinin Gənclər ili və Azərbaycan Respublikasında Uşaq ili çərçivəsində keçirilmiş müsabiqənin yekunları
13.04.2010 - 15.04.2010Dairəvi Zal
Sərgi Qalereyası
Təntənəli açılış: 13 aprel 2010
Vaxt: 17:30
Təşkilatçı: Gənclər və İdman Nazirliyi
1. “Mən rəsm çəkirəm” adlı 2-ci Bakı Beynəlxalq uşaq rəsm sərgisi
2. MDB ölkələrinin tələbələri arasında “İdeya var” adlı elmi-yaradıcılıq müsabiqəsinin yekunları
3. MDB ölkələrinin gənc rəssamları arasında “Məndə sığar iki cahan” adlı internet müsabiqə
13 aprel, 2010-cu ildə Muzey Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş MDB üzv ölkələrindən olan gənc rəssamlar arasında “Məndə sığar iki cahan, mən bu cahana sığmaram...” adlı İnternet müsabiqənin mükafatlandırma mərasimi keçirilmişdir.
İnternet müsabiqə MDB iştirakçı dövlətlərinin Hökumət Başçıları Şurasının 22 may 2009-cu il qərarı ilə təsdiq edilmiş “2009-2010-cu illər üçün MDB üzv ölkələrinin humanitar sahədə prioritet tədbirlər planı” na əsasən və MDB Gənclər ili çərçivəsində keçirilmişdir.
Müsabiqəyə 7 MDB ölkəsindən 173 nəfər gənc qatılmış, 223 əsər göndərilmişdir. Müsabiqənin qalibləri beynəlxalq münsiflər heyəti tərəfindən on-line rejimdə gizli səs vermə yolu ilə əsərlərin yaradıcılıq ideyasının orijinallığı və mövzuya uyğunluğu, müəllifin bədii ustalıq səviyyəsi meyarlarına əsasən müəyyən edilmişdir.
Münsiflər heyəti müsabiqənin əsasnaməsinə müvafiq olaraq, əsas nominasiyalar üzrə 4 qalib seçmiş, bundan əlavə 2 gənc rəssam “ən yaxşı ideya” və “ən yaxşı texniki ifa” nominasiyalarında xüsusi mükafata, 3 gənc isə həvəsləndirici mükafata layiq görülmüşdür. Rəngkarlıq, qrafika, heykəltaraşlıq nominasiyasında Butunay Haqverdiyev, foto nominasiyasında Türkan Hüseynova, kompyuter qrafikası nominasiyasında Serqey Alekseeviç, installyasiya, performans nominasiyasında isə Oleq Pekar qalib olmuşlar. “Ən yaxşı ideya” nominasiyasında Alejksey Bibikov, “ən yaxşı texniki ifa” nominasiyasında Mehriban Şəmsəddinskaya layiq görüldü. Anastasiya Marus, Sveta Salko və İlqar Talıbov həvəsləndirici mükafat aldılar.