Alman fotoqrafı Klaus Vikratın fərdi sərgisi

25.05.2007

2007-ci il, may ayının 25-də Muzey Mərkəzinin Sərgi Qalereyasinda dünya şöhrətli alman fotoqrafı Klaus Vikratın fərdi sərgisi keçirilmişdir. Əslən alman olan Klaus Vikrat üç nəsil fotoqraf-rəssamların nümayəndəsidir. Babası mənzərə, atası portret və sənaye mənzərələri çəkməklə məşğul idilər. Klausun özü isə ailə ənənələrinə sadiq qalaraq mənzərə janrında işləyir. Bununla yanaşı onun yaradıcılığının əsas hissəsi ən məhşur zərgərlik firmalarının reklamları ilə məşğul olmaqdır. Klaus Vikratın həyatı Yer kürəsinin ən sevimli məkanları olan Nyu-York, Paris və Kosta-Rika arasında keçir. Amma hər şey 1975-ci ildə Düsseldorfda şəxsi studiyasında “Petra” və “Ştern” jurnalından sifariş alandan sonra başlanıb.

80-ci ilin əvvəllərində Vikrat Fransaya köçür və burada ən məhşur “El”, “Femm”, “Frenç voq”, “Mari Kler” və başqa nəşriyyatlardan sifarişlər alır.1982-ci ildə “Nikon gallery” qalereyasında fərdi sərgisi keçirilir. 1985-ci ildə isə Fransanın paytaxtında “Kicks” adlı şəxsi studiyasını açir.

Foto sənəti ilə məşğul olan Klaus özünü bəzi nəşrlərin müəllifi kimi də sınayır. Yazdığı əsərlərində o gordüyü işini və yeni fikirlərini tematik layihələrdə birləşdirərək daha maraqlı edir. Onun nəşr olunmuş kitabları (“Kolorada buludları”, “Dekada seçmələri” və s.) elə bil bütün yaradıcılıq yolunun hesabatıdır.

1993-cü ildə Vikrat Avropanın portretçi-fotoqrafı fəxri adına layiq görülmüşdür. Artıq Avropanı fəth edən sənətkar 1997-ci ildə okeanın o tayına köçərək Nyu-Yorkda şəxsi studiyasını açır. 1998-ci ildə Nyu-Yorkda özünün Kosta-Rikaya həsr etdirdiyi “Bahia Ballena” adlı ən sevimli layihəsinin təqdimatını keçirir.

2007-ci ildən onun yaradıcılıq həyatı “Kartye” firmasindan saat, parfümeriya, bijuteriya məhsullarının reklamı ilə sıx şəkildə bağlanır. Bununla yanaşı o özünün reklamını da yaddan çıxarmır. Belə ki, nəinki Avropada, hətta başqa ölkələrdə də öz əsərlərini aktiv şəkildə nümayiş etdirir. İlk yaradıcılıq karyerasına Düsseldorf şəhərində başlamış Klaus Vikrat, nəhayət 2003-cü ildə şəxsi sərgisini təşkil edir. 2005-ci ildən isə Vikratin foto lahiyələrini nəinki dünyanın məhşur dərgilərində və sərgilərində seyr edirlər, hətta bu işlərin sədası keçmiş Sovetlər məkanına da gəlib çatır. İlk dəfə 2005-ci ildə Gürcüstanın Batumi şəhərində Vikratin “5 istiqamət” silsiləsindən 45 əsəri nümayiş olunmuşdur. Şərti olaraq 5 cəhət bunlardır: zərgərlik, güllər, gözəllik, uşaqlar və əlbəttəki, Kosta-Rika.

2006-cı ildə bu yeni silsilədən olan 35 əsər Çernoqoriya sərgisində nümayiş olunmuşdur. Həmin ildə o yenidən Gürcüstandan təklif alır və bu dəfə Tiflis şəhərinin Milli İncəsənət muzeyində gürcü foto sənətinin biliciləri qarşısında özünün yeni “Brilliant profil” sərgisini üzə çıxarır.

İndi Klaus Vikrat “Flowerlove” adlı layihə üzərində çox aktiv işləyir.