Novruz Bayramı münasibətilə uşaqlar üçün “Salam, Novruz!” adlı bayram tədbiri

19.03.2010

Keçirilmə yeri: Akt Zalı
Vaxt: 12:00
Təşkilatçı: Bakıdakı Rusiya informasiya-mədəniyyət mərkəzi Muzey Mərkəzi ilə birlikdə
Azərbaycanın təşəbbüsü ilə BMT 21 martı Beynəlxalq Novruz günü elan etmişdir


2010-cu ildə Muzey Mərkəzi “Muzey-uşaqlar üçün” adı altında müxtəlif aksiyalar keçirir. Buraya tematik mühazirələr, uşaq rəsmləri sərgisi, tamaşalar, bayram tədbirləri və s. daxildir.
18 mart, 2010-cu ildə Muzey Mərkəzi Bakı şəhərindəki Rusiya informasiya-mədəniyyət mərkəzi ilə birlikdə Novruz Bayramı münasibətilə uşaqlar üçün “Salam, Novruz!” adlı bayram tədbiri keçirdi.Uşaqlar ən sevimli, qədim və şən bayram olan Novruzu böyük coşqu ilə qeyd etdilər. Axı Novruz yenilik, sülh və xeyirxahlıq bayramıdır.
Bayram tədbiri uşaqların rəsm sərgisi ilə başladı. Sərgini Buzovna qəsəbəsində yerləşən 13 №-li internat-məktəbi uşaqlarının kağız və parça üzərində çəkilmiş 29 rəsm əsəri bəzəyirdi. Yeniyetmə rəssamlar yaratdıqları o kiçicik əsərlərdə müxtəlif fantaziya və təxəyyüllərini əks etdirmişdilər. Ən yaxşı rəsmlərin müəllifləri isə Rusiya informasiya-mədəniyyət mərkəzi tərəfindən təşəkkür məktubu və bayram tədbirinin sponsorlarının hədiyyələri ilə təltif edildilər.
Muzey Mərkəzinin Akt Zalında 13 №-li internat-məktəbi uşaqlarının ifasında konsert proqramı nümayiş etdirildi. Uşaqlar şeir söyləyib, mahnı oxudular və rəqs etdilər. Bundan başqa uşaqlar tamaşaçıları bayram şirniyyatlarna qonaq etdilər.
Şən bayram tədbirini “Günay” Uşaq teatrının çıxış davam etdirdi. Teatr üzvləri qonaqlara “Arşın mala alan” tamaşasından parçalar təqdim etdilər.