“Ayna” II –ci Beynəlxalq foto festivalı
17.05.2007 - 23.05.2007“Ayna- 2007” II Beynəlxalq Yaradıcı Foto Festivalı Azərbaycan Fotoqraflar Birliyi və bir sıra təşkilatlarla birgə 17-23 may, 2007-ci il tarixində Bakıda təşkil olunmuşdu. Festivala 12 ölkədən ümumilikdə 55 iştirakçı (18 nəfəri xarici qonaqlar, 37 nəfəri Azərbaycan fotoqrafı) qatılmışdı. Xarici iştirakçılar aşağıdakılar idi: Daniel Sikorski (Kanada), Eve Morkret (Fransa), Tomislav Peternek (Serbiya), Vesna Çrvineç (Sloveniya), İqor Muxin (Rusiya),Yeşim Ağaoğlu (Türkiyə), Necat Talas (Türkiyə), Əli Eşqi (Əfqanıstan), Aleks Valentis (İsrail), Kristina Putsuntika (Moldova).Özbəkistan Respublikasını 4 nəfər təmsil edirdi-Dursun Əli, Vladimir Kovreyin, İskəndər Sadıqzadə, Rüstəm Şəripov. Gürcüstan nümayəndə heyəti də 4 nəfərdən ibarət idi - Quqa Kotetişvili, David Tsxadadze, Tato Kotetişvili və bu heyətə tanınmış art-menecer Ketevan Kordzaxiya rəhbərlik edirdi.
Festival ərəfəsində Təşkilat Komitəsi bir sıra tədbirlər keçirməyə nail olmuşdu. Onların sırasında Fransanın Bakıdakı səfirliyi ilə aprelin 20-də keçirilən foto sərgini göstərmək olar. Fransalı fotoqraf Stefen Ro həm də “Abşeron” Rəsm Qalereyasında bir həftə ərzində gənc fotoqraflara “master - klas” məşğələləri də keçirdi. Mayın 7-də isə Gənclər və İdman Nazirliyi ilə birgə Moldovadan olan gənc fotoqraf Kristina Putsuntikanın “Moldovanın uşaqları” fərdi sərgisi (“Abşeron” Rəsm Qalereyasında) açıldı. Mayın 9-da isə ümummilli liderimizin ad günü ərəfəsində və Qələbə bayramında İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində Rəssamlar İttifaqı ilə birgə təşkil edilmiş “Heydər Əliyev. Böyük ömrün anları” foto sərgisi açılmışdı.
Festivalın başlıca məqsədi milli foto- sənətimizdə estetikanın və intellektual amilin təbliğ olunması idi.
Festivalın baş sponsoru
HP” Hevlet-Pakkard” şirkətinin Azərbaycan nümüyəndəliyi idi.
Tərəfdaşlar sırasında olan dövlət qurumları və təşkilatlar:
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,
Fransa Respublikasının Azərbaycandakı səfirliyi,
Azərbaycan Rəssamlar İttifaqı,
Acıq Cəmiyyət İnstitutu Sorus Fondu,
“Rayli MMM” şirkəti,
“Tariximizi Dünyaya Tanıdaq” İctimai Gənclərin Təşkilatı,
Bakı Dövlət Universtiteti,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası,
“Elit “Ticarət və Əyləncə Mərkəzi,
“Kapitalbank” və “Azərdəmiryolbank” bankları,
“Aydın-K” şirkəti,
“Abşeron” Rəsm Qalereyası, “Bakı” sərgi salonu,
“Yeni Gallery” sərgi salonu.