Bakı Xəzərsahili Yeparxiyasının yaranmasının 10 illiyi münasibətilə “Rus pravoslav kilsəsi” foto-sərgisi

09.10.2009 - 12.10.2009

Qalereyası
Təşkilatçılar: Rus pravoslav kilsəsi

2009-cu il, oktyabrın 9-da Muzey Mərkəzinin Sərgi qalereyasında “Bakı-Xəzəryanı eparxiya-10 il ötəndən sonra” adlı foto-sərgi açılmışdır. Bu sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Eparxial İdarəsi tərəfindən təşkil edilmişdir.

Azərbaycan və Dağıstan – qədim və zəngin mədəniyyəti olan çoxmillətli respublikalardır. Əsrlər boyu burada müxtəlif xalqların nümayəndələri və ayrı-ayrı dinlərin daşıyıcıları yaşamışlar.

Xristianlığın toxumları bizim eranın I əsrində İsa peyğəmbərin 12 şagirdindən biri – müqəddəs apostol Varfolomey tərəfindən səpilmişdir. Məhz o, Albanopol şəhərində (müasir Bakı) Qız Qalasının yaxınlığında işgəncəli ölümü qəbul etmişdir. Onun işini müqəddəs Faddeyin şagirdi müqəddəs apostola bərabər tutulan Albaniyanın ilk yepiskopu Yelisey davam etdirmişdir.

Məlumdur ki, xristianlıq müasir Azərbaycanın ərazisində bütün orta əsrlər boyu geniş yayılmışdır. Amma Cənubi Qafqazın siyasi tarixi çox mürəkkəb və gərgin olduğundan xristianlıq o zamankı Azərbaycan xalqının keçirdiyi sarsıntıları yaşamışdır.

XIX əsrdən xristianlıq Azərbaycan ərazisində öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Gəncədə, Şamaxıda, Bakıda rus pravoslav məbədləri inşa edilmişdir. Neft həyacanının başlaması ilə əlaqədar ölkədə qızğın iqtisadi inkişaf yarandı, nəticədə də Bakı qısa vaxt kəsiyində xırda şəhərdən böyük iqtisadi mərkəzə çevrildi. Şəhərin böyüməsi ilə gəlmələrin də sayı artdı. Belə ki, XX əsrin birinci 10 illiyində Bakıda 17 pravoslav məbədi, bütün Azərbaycanda isə 70-dən yuxarı məbəd tikildi.

1919-cu ildə Rus Pravoslav kilsəsi Müqəddəs Sinodunun qərarı ilə Azərbaycan və Dağıstan ərazilərində dini həyatı normallaşdırmaq məqsədilə Bakı-Xəzəryanı eparxiya yaradıldı ki, o, da 1934-cü ilə kimi mövcud oldu. Bakı və Xəzəryanı yepiskopu Mitrofanın (Polikarpovun) vəfatı ilə əlaqədar olaraq Bakı kafedrası bir daha yaradılmadı.

1944-cü ildə Azərbaycan Respublikası və Dağıstan Respublikası ərazisində yenidən pravoslav kilsələri yaranaraq Rus Pravoslav kilsəsinin Stavropol-Bakı eparxiyasının tərkibinə daxil oldular.

Azərbaycan Respublikasında milli müstəqillik və suverenlik bərpa olunandan sonra dini həyatı nizama salmaq ideyası ortaya atıldı. Bu məqsədlə 1998-ci il, dekabrın 28-də Müqəddəs Moskva patriarxlığı və bütün Rusiyanın II Aleksisi və Rus müqəddəs Pravoslav kilsəsinin və Azərbaycanın ümummilli lideri, cənab Heydər Əliyevin dəstəyilə artıq Rus Pravoslav kilsəsinin 128-ci eparxiyası olan Bakı-Xəzəryanı eparxiya təşkil edildi. Müəyyən edildi ki, Bakı və Xəzəryanı yepiskop, arximandrit Aleksandr (İşeinu) seçilsin, ona görə ki, Qafqazda və o cümlədən Azərbaycanda 20 ildən çox işləmişdir. Eləcə də bərpa olunmuş eparxiyanın tərkibinə Azərbaycan Respublikasında və Dağıstan Respublikasında fəaliyyət göstərən prixodlar daxil oldu.

Eparxiyanın yaranmasından sonra böyük işlər görüldü. Dini həyat qaydasına düşdü, kadr məsələləri öz həllini tapdı, köhnə məbədlər bərpa olunub yeniləri tikildi.

Hal-hazırda Bakı-Xəzəryanı eparxiyaya 23 kilsə daxildir ki, bunun da 14-ü şəhərdədir, 9-u kənddədir. Eparxiyanın ərazisində 22 fəaliyyət göstərən məbəd, 1 qadın monastrı, 5 kiçik kilsə, 1 dua evi, islah-əmək müəssisələrində 2 dua otaqları vardır.

2009-cu il, 1 oktyabr tarixinə qədər olan məlumatlara görə eparxiyada 58 müqəddəs xidmətçi (onlardan 43-ü keşiş və 15-i diakon) fəaliyyət göstərir.

Foto-sərgidə XX əsrin əvvəllərindən (1934-cü ilə qədər) və yenidən yaranandan, XX əsrin sonu-XXI əsrin əvvəlləri əks olunub.

Foto-sərginin açılışında Bakı və Xəzəryanı eparxiyanın yepiskopu Müqəddəs Aleksandr çıxış etmişdir. Foto-sərginin açılışında həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, cənab Hidayət Orucov, səfirlik əməkdaşları, ictimai və mədəniyyət xadimləri iştirak etmişlər.