Həvəskar rəssam Firəngiz Hüseynovanın “Rənglərin harmoniyası” adlı fərdi sərgisi
25.06.2009 - 28.06.20092009-cu il, iyunun 25-dən 28-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında həvəskar-rəssam Firəngiz Hüseynovanın əsərlərindən ibarət sərgi açıldı. Sərginin rəsmi açılışı 25 iyun tarixində oldu.
Tamaşaçıların mühakiməsinə verilmiş rəsm əsərləri tam şəkildə sərginin adı ilə səsləşirdi: “Rənglərin harmoniyası”. Firəngiz xanımın peşəsi həkimlikdir, beş il öncə özü və yaxınları da hiss etmədən öz əvvəlki arzusuna qayıtdı, rəssamlıqla məşğul olmağı qərara aldı. Açılacaq sərgidə tamaşaçılar onun yaradıcılığının yekunları ilə tanış oldular. Azərbaycanın xalq rəssamı Davud Kazımovun dediklərinə görə, Firəngiz xanımın işləri nəinki hərtərəfli olması, eyni zamanda yüksək peşəkarlığı ilə seçilirdi ki, bu da sənət bilicilərini, hətta tanınmış rəssamları heyrətə salırdı.
Sərgidə yüksək qonaq kimi Rusiyanın əməkdar artisti Alsu öz həyat yoldaşı Yanla iştirak edirdi.
Firəngiz xanımın bəzi işləri xüsusiləşdirilmiş internetin aktual formatında təmsil olub - saytın adı- www.azeriart.az
Sərginin informasiya dəstəyi Avropanın öndə olan maliyyə təşkilatlarından birinə “Baltikums Bank”a məxsus idi. “Baltikums Bank”ın nümayəndəliyi son illərdən başlayaraq Azərbaycan bazarında uğurla fəaliyyət göstərir.