Anna İbrahimbəyovanın “Nardarandan baxış” fərdi foto sərgisi
02.02.2008 - 05.02.2008Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna moskvalı olsa da 25 ildir ki, Bakıda yaşayır. Anna sözün əsl mənasında Abşeronun təbiətini, dənizini, günəşini, qayalarını sevməyi bacarmışdır. Sübh tezdən oyanaraq Nardaranda dəniz üzərində günəşin şəfəqlərini seyr etməyi çox sevən Anna , bu gözəlliyi digərləri ilə də bölüşmək istədi və bundan sonra məqsədinə çatmaq üçün günəşlə bərabər oyanan təbiətin şəklini çəkməyə başladı.
Artıq özünün ilk foto işlərində Anna, konkret şəkildə təbiətin zaman xaricində olan ölçüsünü də əlavə etməklə onun ən incə titrəyiş halını və oyanışının ən fantastik məqamlarını göstərməyi bacarır.
Lakin Anna elə düşünmədi ki, o artıq missiyasını bitirmişdir. Onun növbəti şəkilləri itmiş gözəllikləri üzə çıxarmaq üçün yorulmaq bilmədən apardığı axtarışlara sübutdur. Sakit dənizdə saysız hesabsız şüşə qablar, vazalar, bardaqlarla apardığı eksperimentlər - soyuq suda narıncı günəşin və yaxud tutqun səmanın bir parçası, dənizin xırda ləpələri arasında göy daşlar, qayalar üzərində tikanlar...
Görünür onun obyektivi xaricində gizli qalan heç nə yoxdur. Bundan başqa təbiət təsvirlərinin özü də sirli duyğularla doludur. Ola bilsin ki, bütün şəkillər arası kəsilməyən nəzərlərin məhsuludur. Belə təəssürat yaranır ki, Anna kinokamera ilə çəkir və onun çəkdikləri həyatın sonsuz hərəkətindən donmuş kadrlardır. Hər bir iş Anna xanımın daxili dünyasının obrazlarıdır.
Sərgi çərçivəsində Şamaxı şəhərindəki 1№-li Əlillər və Qocalar evinə kömək məqsədilə xeyriyyə aksiyası keçirilmişdir.