“Azərbaycan və Norveç muzeyləri: qarşılıqlı əməkdaşlıq” (fevral – noyabr 2008) Beynəlxalq Layihə iştirakçılarının “Azərbaycan-Norveç: təəssüratlar dialoqu” adlı sərgisi

04.11.2008

3 noyabr, 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzinin və Stavanger Arxeologiya Muzeyinin (Norveç) təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında açılan “Azərbaycan – Norveç: təəssüratlar dialoqu” adlı sərgi “Azərbaycan və Norveç muzeyləri: qarşılıqlı əməkdaşlıq” adlı Beynəlxalq Layihənin yekunu kimi çıxış edirdi. Qeyd edək ki, iki ölkənin muzey əməkdaşları arasında təcrübə mübadiləsi və onların ixtisaslarının artırılmasını nəzərdə tutan bu beynəlxalq tədris layihəsi 3 mərhələdə keçmişdir: Azərbaycanın paytaxtı Bakıda seminar, Stavanger və Osloda seminar və yaxın günlərdə Bakı şəhərində baş tutacaq yekun görüş.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin muzey sektoru və Stavanger Arxeologiya Muzeyi tərəfindən hazırlanmış layihə Azərbaycan və Norveç muzeyləri arasında əməkdaşlıq məqsədinə xidmət etmişdir. Layihə üzrə xərclərin böyük hissəsini “Statoyl” şirkəti, Norveç Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Norveç Mədəniyyət və Kilsə İşi Nazirliyi öz üzərinə götürmüşdür.

Muzey kolleksiyaları ilə menecment işi, muzeylərdə etik, əxlaq təcrübəsi və o cümlədən muzeylərin öz tamaşaçıları qarşısında vəzifələri layihə iştirakçılarının müzakirəyə çıxardığı əsas məsələlər olmuşdur. Təcrübədə bu fond kolleksiyaları ilə iş, muzey eksponatlarının bərpa və mühafizəsi, muzey ekspozisiyalarının və sərgilərin təşkili və bədii quruluşu və tamaşaçılarla iş sahəsində təcrübə mübadiləsi kimi özünü göstərmişdir.

Bakı, Oslo və Stavanger şəhərlərində keçirilən seminarlar vaxtı hər iki ölkənin iştirakçıları çoxlu sayda fotolar çəkmişlər. Fotolar o qədər gözəl və maraqlı alınmışdır ki, tərəflər sonda belə qərara gəlmişdir ki, layihə mütləq birgə sərginin təşkili ilə nəticələnməlidir. Bu Muzey Mərkəzində Norveç haqqında təşkil olunan ilk vernisaj idi. Ölkəmizin tarixi əlaqələri barədə məlumatlarda aydın deyildiyi kimi bu tarixi yaxınlıq konsepsiyasınin formalaşmasında Tur Heyerdalın da böyük əməyi var. Dünya şöhrətli bu alim hələ keçən əsrin XX əsrin 90-cı illərində Azərbaycan və Norveç ərazisində qayaüstü təsvirlərin möhtəşəm oxşarlığından yazarkən bu ölkələrin müasir mədəniyyətində də bir yaxınlıq olduğunu qeyd etmişdi. Vernisajda Azərbaycanlı mütəxəssislər – mühafizəçilər, bərpaçılar, konservatorlar, muzey direktorları Norveçin məşhur muzeyləri olan Arxeologiya muzeyi, Neft muzeyi, Uşaq muzeyi, Munk muzeyi, Vikinq gəmiləri muzeyi və digər muzeylərdən olan foto silsilələrlə Oslo və Stavangerin görünüşünü, Norveçli iştirakçılar - Stavanger Arxeologiya muzeyinin mühafizəçisi Anne Kari Skar və Stavanger Dəniz muzeyinin nəzarətçisi Anne Tove Austubo isə İçərişəhəri, Suraxanıda “Atəşgah”ı və ölkəmizin digər regionlarını fotolarla tamaşaçılara təqdim edirdilər.

Lakin bu sərgini yalnız fotovernisaj adlandırmaq olmazdı. Belə ki, ekspozisiyaya həmçinin layihənin azərbaycanlı iştirakçıları- rəssam Nazim Məmmədovun adi karandaşla çəkilmiş mənzərə rəsmləri və tanınmış bərpaçı rəssam Natiq Səfərovun rəngkarlıq əsərləri da daxil idi.

Norveç tərəfindən iştirak edənlər:
1.Harald Yakobsen - Stavanger Arxeologiya Muzeyinin direktoru
2. Anne Kari Sker - Stavanger Arxeologiya Muzeyinin mühazirəçisi
3. Einar Solheyim Pedersen - Stavanger Arxeologiya Muzeyinin Təhsil vəMüştəri Xidmətləri Şöbəsinin müdiri
4. Anne Sommer Larsen - Mədəniyyət Tarixi Muzeyinin Konservasiya Şöbəsininmüdiri
5. Siri Slettveq - Norveç Dövlət Kitabxana və Arxiv İdarəsinin baş müşaviri
6. Bitten Bakke - Stavanger Arxeologiya Muzeyinin Konservasiya şöbəsininMüdiri
7. Anne Tove Austubo - Stavanger Dənizçilik Muzeyinin kuratoru

Azərbaycan tərəfindən iştirak edənlər:

1.Hüseynova Azadə Cəlil qızı – Mədəniyyət və Turizm Nazirliyinin Muzey sektorunun müdiri
2.Məmmədova Gülyana Həsən qızı– Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor müavini
3.Şəmsi Fəridə Məmməd qızı – Azərbaycan İstiqlal Muzeyinin direktoru
4.Vəzirova Liana Leonidovna – Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktoru
5.İbrahimova İranə Qardaş qızı– Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi
6.Həsənova Yaqut Fikrət qızı - Qız qalası filialının bələdçisi
7.Məlikova Əminə Zakir qızı - Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri
8.Məmmədova Adilə Çingiz qızı – Bülbül Xatirə muzeyinin elmi işçisi
9. Məmmədov Nazim Tağı oğlu - Azərbaycan Dövlət Teatr Muzeyinin direktor müavini
10. Məlikova Zərifə Xanağa qızı – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi- Bərpa Mərkəzinin direktoru
11. Səfərov Natiq Şəfiq oğlu - Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin şöbə müdiri
12. Zeynalova Məhfuzə Hacı qızı – Milli Azərbaycan Tarixi Muzeyinin baş mühafizi
13. Zəvərli Təhsib Əmir Yusif oğlu – Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı rəssamı
14. Əliyev Maarif Ağaməşədi oğlu – Lahıc tarix-diyarşünaslıq muzeyinin baş mühafizi
15. Hüseynova İlhamə Qənirə qızı – Kiş tarixi-memarlıq qoruq-muzeyinin direktoru