“Turizm mədəniyyətlərarası dialoqun təminatçısı kimi” adlı I Bakı konfransı
21.04.2009MDB iştirakçı dövlətləri üçün Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) 2006-cı ildə yeddi ölkənin: Ermənistan, Belorus, Qazaxıstan, Qırğızstan, Rusiya, Tacikistan və Özbəkistan ölkələrinin iştirakı ilə yaradılmışdır. Azərbaycan Respublikası bu təşkilata 2008-ci ildə qoşulmuşdur.
MDB dövlətləri ərazisində humanitar əməkdaşlıq sahəsində xüsusi təşkilat olan DHƏF-nun missiyası Birliyin ümumi humanitar məkanının inkişafına şəraitin yaradılması, elmin, mədəniyyətin, kommunikasiyanın, informasiyanın, arxiv işinin, idmanın, turizmin və gənclərlə iş vasitəsilə mədəniyyətlərarası dialoqun davamlı inkişafından ibarətdir.
DHƏF-nun əsas məqsədi iştirakçı dövlətlərin ərazisində və milli səviyyədə möhkəm humanitar əməkdaşlıq mexanizmini yaratmaq və inkişaf etməkdir.
DHƏF-nun işinin əsas prioriteti Birləşmiş Millətlər Təşkilatı ilə MDB ölkələri məkanında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıqdan ibarətdir. Bununla əlaqədar 20 may 2008-ci il tarixində YUNESKO, YUNESKO-nun Azərbaycandakı, Ermənistandakı, Belarusdakı, Moldova Respublikasındakı, Rusiya Federasiyasındakı nümayəndələri və DHƏF-u ilə Saziş imzalanmışdır. Qarşılıqlı partnyorluq, inkişaf, informasiyanın genişləndirilməsi və humanitar sahənin genişləndirilməsi həmin Saziş üzrə əməkdaşlığının əsas komponentlərindəndir.
MDB dövlətləri üçün milli treninqlərin keçirilməsinin əsas məqsədi muzey idarəetməsinin imkanlarının artırılması, muzey işçilərinin muzey menecmentinin öyrədilməsi, muzey kolleksiyalarının qorunması və MDB məkanında olan muzey işçiləri ilə əlaqələrin qurulmasıdır. Regional və milli treninqlər kursu toplanmış mədəni irsin inkişafına, mədəni irsin öyrənilməsi sahəsində açıq kommunikasiya mühitinin formalaşmasına, habelə mədəni turmizn inkişafına şərait yaradacaqdır.