Tatyana Ağababayevanın “Əks olunan dünya-3” adlı fərdi sərgisi

13.01.2009 - 15.01.2009

12-14 yanvar, 2009-cu il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Tatyana Ağababayevanın “Əks olunan dünya - 3” adlı fərdi sərgisi keçirilmişdir.

Rəssam ailəsində - Valentina və Odtəkin Ağababayevlərin ailəsində dünyaya göz açmışam. İlk dəfə ciddi, peşəkar sərgilərdə 22 yaşından iştirak etməyə başlamışam. Moskvada Manejdə sərgilənən “Qız raketka ilə” və “Sübh tezdən” adlı ilk işlərim Azərbaycan və SSRİ Mədəniyyət nazirlikləri tərəfindən alınıb. V.İ.Lenin adına Leninqrad Ali bədii-sənaye institutunun parça üzərində rəsm şöbəsini bitirəndən sonra batika sənəti mənim ən sevimli məşğuliyyətim oldu. Mənə belə gəlir ki, batika işlərimin yaranması Azərbaycanda doğma olan, burada istehsal olunan təbii ipək qədər qiymətlidir, möcüzədir. Maraqlıdır ki, hələ qədim zamanlardan Azərbaycanda batika metodu vətəni İndoneziya, Şri- Lanka, Peru, Yaponiya, İraq, Çində olduğu kimi geniş istifadə olunurdu.

Batika sözü - Yava adasından gəlib və tərcümədə “yanan mumla çəkmək” anlamına gəlir. Parçanın bəzi hissələri, hansılar ki, rənglənməməlidir, adi mumu, parafin, stearinlə parçanı sürtürlər və nəticədə həmin yerlər rəngi qəbul etmir. İş qurtarandan sonra parça üzərindəki bütün parafini silirlər və rəngi buxarla hopdururlar. Batiklər bərkiyəndən sonra qorxu törətmirlər, onları yumaq da olar. Batik işlərində mən bu texnikaya xas olan dekorativ effektləri verməyə çalışmıram, həm insan xarakterinin müxtəlif anlarını, hər bir adamın necə də kövrək unikal olduğunu, hər bir heyvan, cığır, ağac, daşın canlılığını göstərməyə çalışıram. Abşeronda uzun əsrlərdən belə yığılıb qalmış, insanlara çoxdan məlum olan bitkilər bitir. Bu çox böyük bir xoşbəxtlikdir: həmin bitkilərin necə araya - ərsəyə gəldiyini görmək, əncir, dəfnə ağacının çiçəklərini və barını hiss etmək. Eləcə də narı, xurmanı! Bütün bunlar mənim yaradıcılığımda öz əksini tapmışdır. İnsanları, çiçəkləri, memarlıq abidələrini təsvir etməyə çox sevirəm. İlin bütün fəsillərində Bakı məni özünə cəlb edir. Tez-tez kolorit dəyişir, gah narıncı- qırmızı, bəzəndə zərif narıncı olur. Şəhər gah sakitdir, gah da küləklər bağrını dəlir, İçərişəhəri sanki imtahana çəkir, amma qədim şəhər nə zamana baş əyir, nə dəli-dolu küləklərə. Tez –tez mənim əsərlərim bir-biri ilə həmahəng olur- “Mavi dəniz” (1989) və batika “Dəniz sahilində” (2007), “Xəzərin mələyi” (2003). “Mavi dəniz”adlanan böyük qobelendə ana iki oğlu ilə təmiz firuzəyi dənizə qovuşur. Yeri gəlmişkən deyim ki, mənim oğlanlarım Nikolay və Aleksey mənim çox işlərimin qəhramanı olublar. Uşaqlara və təbiətə müdafiəçilər gərəkdir. “Xəzərin mələyi” əsəri insanlar üçün əvəzsiz olan dənizi qoruyur. İnsanlara sevinc və sağlamlıq bəxş edir. Çalışıram ki, yaratdığım əsərlər insanlarda müsbət emosiyalar yaratsın. Və mən o insanlara təşəkkür edirəm ki, onların qəlbində mənim yaradıcılığım öz əksini tapa bilər.