Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya- maarifləndirici mərkəzinin açılışı

09.04.2008

2008-ci il, aprelin 9-da Muzey Mərkəzinin akt zalında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin açılışı oldu. Bu mərkəz YUNESKO-nun Moskva bürosunun, Dövlət Rus muzeyinin və Sankt Peterburq hökumətinin xarici əlaqələr лomitəsinin dəstəyi ilə həyata keçmişdir.

İlk dəfə olaraq Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin bazasında Rus muzeyinin virtul filialı işə başladı.

Açılış mərasimində Sankt-Peterburq və Bakı arasında videokonfransəlaqə seansı keçirildi.

Seansda Rus muzeyi tərəfindən iştirak edirdilər:
-İ.İ.Karlov, Rus muzeyi direktorunun səlahiyyətlərini icra edən, Rus muzeyinin baş mühafizi-Q.D.Osmanov, Azərbaycan Respublikasının Sankt-Peterburqda baş konsulu.
-İ.Q.Uralov, Sankt-Peterburq Dövlət filologiya və incəsənət universitetinin direktoru.
-İ.N.Semizorova, Şərq-Qərb MTS ASC-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi.
-N.A.Jukova, Rus muzeyi mətbuat mərkəzinin rəhbəri.
-İ.V.Murin, Sankt-Peterburq Dövlət Universitetinin prorektoru.
-V.P.Yakovlev, Sankt-Peterburq Mədəniyyət Universitetinin dekanı, eləcə də Rus Muzeyinin əməkdaşları və jurnalistlər.

Muzey Mərkəzi tərəfindən görüşdə iştirak edirdilər:
-Ə.M.Qarayev-Azərbaycan Respulikasının mədəniyyət və turizm naziri.
-S.Y.Məmmədəliyeva- Mədəniyyət və turizm nazirinin müavini.
-L.L.Vəzirova- Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin direktoru.
-V.N.İstratov- Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri.
-L.M.Moreva, YUNESKO-nun Moskva Bürosunun mədəniyyət üzrə proqram mütəxəssisi.
-E.Həsənov, Azərbaycanda YUNESKO-nun işləri üzrə Milli komissiyanın məsul katibi.
-N.B.Struqova, Sankt-Peterburq hökuməti xarici əlaqələr komitəsinin baş mütəxəssisi.
-İ.L.Jukov, “Ruszarubejsentr”in Azərbaycanda nümayəndəsi.
-N.M.Kuleşova, Rus Muzeyinin direktor müavini, “Rus muzeyi: virtual filial” layihəsinin kuratoru.

Videokonfransda layihənin 5 illiyindən danışıldı. 2008-ci ildə 5 illiyi tamam olan layihə Rusiyanın hüdudlarından kənarda açılmış ilk virtual filialdır. Rus muzeyinin mütəxəssisləri layihənin imkanlarından, Muzey Mərkəzi ilə əlaqələrin genişləndirilməsi imkanlarından və proqramın Azərbaycan dilinə tərcümə olunması məsələlərindən danışdılar.

Muzey Mərkəzinin direktoru L. Vəzirova bu layihənin həyata keçməsində əməyi olmuş hər bir kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, müasir kommunikasiya və ən yeni texnologiyalardan istifadə edərək, bir mədəni və informasiya mühiti yaratmaq vacibdir.

Təqdimat mərasimindən sonra mətbuat konfransı keçirildi. Mətbuat konfransında yuxarıda adları çəkilən hörmətli qonaqlar və eləcə də Rus muzeyinin şöbə müdiri S.V.Fokin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri N.Səmədov və başqaları iştirak etdilər.