
ABŞ Dövlət Departamentinin “ABŞ-da Müasir Konseptual İncəsənətin təbliği” Beynəlxalq Layihəsi
Muzey Mərkəzinin mədəni quruculuq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Əminə Məlikova 2005-ci il, oktyabrın 9-dan 30-dək ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə keçirilən “ABŞ-da Müasir Konseptual İncəsənətin təbliği” adlı Beynəlxalq treninqdə iştirak etmişdir.
Üç həftəlik treninq müddətində iştirakçılar – Azərbaycanın muzey, qalereya və digər mədəniyyət idarələrinin nümayəndələri ABŞ-ın Vaşinqton, Nyu-York, Çikaqo, Sirakuz, Talsa və Oklahoma şəhərlərində oldular.
Dövlət Departamenti eyni zamanda ABŞ-ın muzey və qalereyalarına səyahət, Amerikanın aparıcı art-studiyalarının rəhbərləri ilə görüşlər təşkil etmişdi.