Dialoq və inkişaf naminə Ümumdünya mədəni müxtəliflik günü çərçivəsində Beynəlxalq Regional seminar “21-ci əsrdə incəsənət sahəsində təhsilin problem və perspektivləri. Muzey resursları”

Dialoq və inkişaf naminə Ümumdünya mədəni müxtəliflik günü çərçivəsində Beynəlxalq Regional seminar “21-ci əsrdə incəsənət sahəsində təhsilin problem və perspektivləri. Muzey resursları”

Təşkilatçılar:
- Dövlət Ermitajı
- Azərbaycan, Ermənistan, Belorusiya, Moldova respublikası və Rusiya Federasiyası üzrə YUNESKO-nun Moskva bürosu

Muzey Mərkəzinin direktoru Liana Vəzirova 2007-ci il, mayın 21-dən 22-dək muzey tamaşaçısının müxtəlif kateqoriyaları üçün muzeylərin incəsənət təhsili sahəsində daha çox tələb olunan, yeni fəaliyyət formalarına həsr olunmuş xüsusi elmi seminarda iştirak etmişdir.

Seminarda Rusiyanın, Azərbaycanın, Ermənistanın, Belorusiyanın, Moldova respublikasının aparıcı muzey ekspertləri iştirak edirdilər. Dövlət Ermitajının və Dövlət Rus Muzeyinin bu kimi proqramların nəinki muzey daxilində, o cümlədən onun xaricində uğurla reallaşdırılması nəticəsində toplanmış təcrübəsi, Rusiyanın orta və kiçik şəhərlərində və xarici ölkə muzeylərində təhsil fəaliyyətinin müasir formalarının inkişafının əsası ola bilər.

Seminar ərzində aşağıdakı mövzulara toxunulmuşdu:
1. Muzeylərdə incəsənət təhsilinin inkişafı və mədəni müxtəlifliyin qorunması problemi və perspektivləri
2. Ənənəvi muzeydə müasir incəsənət. Təcrübi yaradıcılıq proqramları
3. Məktəbəqədər uşaqlar, şagirdlər, tələbələr və muzey tamaşaçılarının digər qrupları üçün yeni təcrübi proqramlar
4. Dialoq və inkişaf naminə Ümumdünya mədəni müxtəliflik günü çərçivəsində muzey qonaqlarının ayrı-ayrı qrupları üçün xüsusi proqramlar
5. Muzeyin təhsil proqramlarında yeni texnologiyalar
6. Kiçik muzeylər üçün xüsusi proqramlar